• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 897
— 28.09.2020 14:09

Düşmənin daha iki tankı məhv edilib

KepezTV Player

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ordumuzun apardığı əks-hücum əməliyyatları davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib. Müdafiə Nazirliyi düşmənin iki ədəd tankının məhv edildiyi barədə məlumat yayıb. Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov hərbi əməliyyatların gedişi barədə açıqlama verib.