• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1259
— 28.09.2020 11:55

Mülki əhali arasında yaralıların sayı 26-ya çatıb

KepezTV Player

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir. Baş Prokurorluqdan verilən məlumata görə, hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Səhər saat 7 radələrindən başlayaraq düşmənin Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndləri ağır artilleriyadan intensiv atəşə tutması nəticəsində Azadqaraqoyunlu kənd sakinləri Mayıl Əhmədov, Nizami Salahov, Elşən Kərimova məxsus evlərə külli miqdarda ziyan dəyib. Rayonun əsas strateji körpüsü və polis şöbəsinə zərbələr endirilib. Bundan başqa, düşmənin mülki obyektləri atəşə tutması nəticəsində Tərtər şəhərində 54 mənzildən ibarət bina, rayonun Şıxarx qəsəbəsində çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb, bina sakinləri təxliyə edilib. Həmçinin, işğalçı ölkənin qüvvələrinin intensiv atəşi nəticəsində Tərtər rayonu, Səhləbad kəndində Bəxtiyar Ağayevə, Yuxarı Qapanlı kənd sakini Rəsmiyyə Həsənovaya məxsus yardımçı tikililərə top mərmiləri düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub. Hazırda prokurorluq əməkdaşları döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirlərini həyata keçirir, o cümlədən yaralıların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Baş Prokurorluq müxtəlif cinayətlər törədən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirir.