• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2160
— 28.09.2020 11:53

Hikmət Hacıyev “Əl-Cəzirə”yə danışdı

KepezTV Player

“Azərbaycan 30 ildir Ermənistanın işğalı və təcavüzündən əziyyət çəkir. Mülki əhalimiz Ermənistan silahlı qüvvələrinin hədəfinə çevrilib, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”. Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl-Cəzirə”yə verdiyi müsahibəsində deyib ki, buna görə də Azərbaycan Silahlı Qüvvələri bu əks-tədbirləri və əks-hücumları həyata keçirir, Ermənistanın təxribatlarına cavab verir və danışıqlar prosesi də Ermənistanın destruktiv mövqeyi səbəbindən uğursuzluğa düçar olduğundan Ermənistanı sülhə məcbur edir. Hacıyev vurğulayıb ki, bu gün BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən təcili, qeyd-şərtsiz və tam çıxarılmasına dair dörd qətnamə var: “Bununla belə, Ermənistan mülki vətəndaşlarımıza hücum etməyə davam edir. Məcburi köçkünlərin isə öz evlərinə qayıtmaq hüququ var və məhz erməni işğalı səbəbindən onlar bunu edə bilmir”.