• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 28.09.2020 12:15

Prezident İlham Əliyev qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzalayıb

Sənədə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Sərəncam bu gündən qüvvəyə minir. Dövlət başçısı hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında da Sərəncam imzalayıb. Daxili İşlər naziri Vilayət Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin olunub.