KepezTV Player
Ermənistanın tibb müəssisələri Dağlıq Qarabağda münaqişənin daha da kəskinləşməsinə görə ağır xəstələrin qəbulunu dayandırıb. Müvafiq əmri "Hərbi vəziyyətin hüquqi rejimi Haqqında" qanuna əsasən səhiyyə naziri Arsen Torosyan imzalayıb. Qeyd edilir ki, xəstəxanalar stasionar yardımla bağlı müraciət edən vətəndaşlara tibbi yardım göstərməyəcək. Səhiyyə Nazirliyindən vurğulanıb ki, hazırda stasionar tibbi yardım alan xəstələr evə buraxılacaqlar.
- Baxış: 165