KepezTV Player
BMT-nin Baş katibi Antoniu Quterreş rəsmi Bakı və İrəvanı döyüşləri dərhal dayandırmağa, gərginliyi azaltmağa və danışıqları bərpa etməyə çağırıb. Bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, Baş katib Dağlıq Qarabağ bölgəsindəki təmas xətti boyunca yenidən hərbi əməliyyatların başlamasından son dərəcə narahatdır. Quterreş, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vacib rolunu hərtərəfli dəstəklədiyini bəyan edib və tərəfləri ilkin şərtlər olmadan mümkün qədər tez bir zamanda dialoqa başlamaq üçün onlarla sıx əməkdaşlıq etməyə çağırıb.
- Baxış: 110