• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2265
— 28.09.2020 08:15

Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib

KepezTV Player

Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub. Bu videonu da qürurla diqqətinizə təqdim edirik. 

Azərbaycan Ordusunun bölmələri düşmənin döyüş texnikasını sərrast atəşlə məhv etməyə davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hazırda ekranlarınızda həmin videogörüntüləri izləyirsiniz. 

Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə atılan addımlar nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus daha 2 tank da bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Müdafiə Nazirliyinin yaydığı həmin videogörüntüləri - Ordumuzun daha bir uğurunu böyük fəxarət hissi ilə təqdim edirik.