• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2288
— 27.09.2020 20:45

Dinc əhali ordumuza güvənir

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq, mülki əhalini hədəfə alıb. Hər zaman olduğu kimi, xaincəsinə təxribatlara əl atan və yaşayış məntəqələrini atəşə tutan erməni hərbçiləri işğal olunmuş ərazilərimizdəki mövqelərindən Tərtərin müxtəlif kəndlərini və rayon mərkəzini atəşə tutublar. Atılan güllələr sakinlərin evlərinə və həyətələrdə avtomobillərə ziyan vurub. Lakin buna baxmayaraq, kəndlərdə həyat öz axarı ilə davam edir. Buna səbəb isə ərazilərin orudmuzun nəzarəti altında olması və əhalinin yurda, torpağa bağlılığı, Azərbaycan Ordusuna olan böyük inamıdır.