Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bunu Azərbaycan Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Növbəti dezinformasiya
Hikmət Hacıyev Ermənistanın sosial şəbəkə seqmentində yaydığı əsası olmayan məlumatlara da münasibət bildirib.
Kiberhücumların qarşısı alınır
Ermənistan tərəfindən ölkəmizin internet resurslarına qarşı kiberhücumlar həyata keçirilir. Aidiyyatı strukturlar bu hücumların qarşısının alınması üçün ardıcıl fəaliyyət aparırlar.
Ermənistan acizlik nümayiş etdirir
Hikmət Hacıyev Ermənistanın mülki əhalini qəsdən hədəfə almaqla acizliyini nümayiş etdirildiyini də bildirib.
- Baxış: 489