• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1665
— 27.09.2020 16:07

Şəhər sakinlərində ruh yüksəkliyi var

KepezTV Player

Bilsin ana torpaq eşitsin vətən, Müsallah əsgərəm məndə bu gündən, Bu gün bir süngüdür əlimdə qələm, Mənim bayrağıma göz tikir aləm. Unudulmaz şairimiz Səməd Vurğun bu misralarla ikinci dünya müharibəsində xalqı, ziyalıları birbaşa ordu ilə birliyə çağırırdı. Bu gün də xalqımız rəşadətli, şanlı Azərbaycan ordusunun ətrafında sıx birləşərək öz dədə-baba torpaqlarımızı erməni daşnaklarından azad etmək üçün mübarizəyə başlayıb. Azərbaycan dövlətinin, ordusunun ətrafında xalq sıx birləşərək müsəllah əsgər birliyi yaranıb. Gəncə sakinləri də bütün qəlbləri ilə ordumuza inanır ki, tez bir zamanda işğal altına olan torpaqlarımızı azad edib Qarabağı azad edəcək.