• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1512
— 27.09.2020 16:01

Ombudsman bəyanat yayıb

KepezTV Player

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasına və tələfatla nəticələnən təxribat cəhdlərinə etiraz olaraq bəyanat yayıb. " Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha da təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli, Ermənistanın təcavüzü dayandırılmalıdır. Beynəlxalq təşkilatları, dünya ictimaiyyətini respublikamızın BMT tərəfindən tanınan ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulan fundamental hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq səylərlə çıxış etməyə - zəruri qətiyyətli addımlar atmağa və təxriəsalınmaz tədbirlər görməyə çağırıram"-deyə bəyanatda bildirilir.