KepezTV Player
Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti açıqlama yayıb. Düşmən tərəfindən ərazilərin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəymişdir. Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Düşmənin mülki obyektləri hədəfə alması nəticəsində bir sıra mülki evlərə külli miqdarda maddi ziyan dəyib, o cümlədən xırda və iri buynuzlu eyvan və ot tayaları məhv edilib. İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaq.
- Baxış: 162