• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1415
— 27.09.2020 15:28

Azərbaycan və Ermənistan barışığa çağırılıb

KepezTV Player

“Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların bərpasından çox narahatam”. Bunu Gürcüstan prezidenti Salome Zurabişvili rəsmi “Twitter” hesabında yazıb. “Biz tərəfləri barışığa çağırırıq. Bölgəmizdə sabitlik və sülh bizim ortaq işimiz olmalıdır”, - dövlət başçısı qeyd edib. Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında isə qeyd olunub ki, Gürcüstan tərəflər arasında atəşkəs haqqında razılığın əldə olunacağına ümid edir. XİN ATƏT-in Minsk Qrupu və beynəlxalq təşkilatları eskalasiyanı dayandırmaq və konstruktiv dialoqa nail olmaq üçün bütün səyləri səfərbər etməyə çağırıb: “Gürcüstan bölgədə deeskalasiya və sülhü təşviq etməyə hazırdır”.