• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2099
— 26.09.2020 20:46

Qaydaları pozan piyadalar hədəfə alınıb

KepezTV Player

Ölkənin ikinci böyük şəhərində hərəkətin intensiv olduğu küçə və prospektlərdə qaydaları pozan piyadalara qarşı reyd keçirilib. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısını almaq, yol hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək, eləcə də onları maarifləndirmək məqsədilə tədbir keçirib. Reyd zamanı qaydaları pozan, piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçənlər inzibati məsuliyyətə cəlb edilib, onlar barəsində protokol tərtib olunub və 20 manat məbləğində cərimələniblər. Reydlərin mütəmadi xarakter daşıyacağı, Gəncənin yaşayış massivləri və qəsəbələrini də əhatə edəcəyi bildirilib.

Vasif Rüstəmov Gəncə Şəhər DYP Şöbəsinin inspektoru:Piyadaların nəzərinə çatdırırıq ki, şəhərimizin inzibati ərazisində piyadalar üçün nəzərdə tutulmuş yeraltı, yerüstü, nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadə etsinlər. Əks halda, onların barəsində yol patrul xidmətin əməkdaşları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək.