• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 25.09.2020 16:08

Yoluxma sayı azaldı, məktəblərdə qeydə alınmaqdadır

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, aktiv xəstə sayı 1 812 olub, son sutka ərzində 6 705 test icra olunub. Təhsil Nazirliyinin açıqlamasına görə, sentyabrın 24-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub, 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb. Daha 2 sinif distant təhsilə keçirilib.