• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1913
— 25.09.2020 16:08

"Ermənistan beynəlxalq hüququn prinsiplərini pozur"

KepezTV Player

Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən nə qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll ediləcək. Bu barədə BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında keçirilən qeyri-rəsmi iclasında çıxış edən Xarici İşlər naziri Ceyhun Bayramov bildirib. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayaraq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal altında saxlayıb.