• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2244
— 25.09.2020 11:52

İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

KepezTV Player

İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir.Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, işləyən 1 və 2-ci qrup əlillər üçün 36 saat iş saatı müəyyən edilib. Məzuniyyətə çıxan işçinin əvəzinə digəri artıq iş saatı ilə işləyə bilməz. İşin 12 saatdan çox olması qadağandır. Bu, artıq əməyin istismarıdır. Qanunvericlikdə hətta inzibati məsuliyyətin tətbiqi nəzərdə tutulur. Belə hallarda işəgötürən müddətli müqavilə ilə işə başqa işçi cəlb edə bilər.***

İşçilərin şənbə və bazar günü işləməsinə də münasibət bildirilib. Belə halda işçilərin işlədilməsi rəsmiləşdirilməlidir. Iş vaxtı rejimi və ucotu ilə tanış olmadan onların qanunsuz fəaliyyət göstərdiyini demək düzgün deyil.