• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 23.09.2020 19:44

Rəqəmsallaşan tədris

KepezTV Player

Distant, yəni məsafədən həyata keçirilən tədris prosesi. Koronavirus pandemiyası tədrisin bu formasının tətbiqini zərurətə çevirdi. İndi demək olar ki, əksəriyyət onlayn dərslərə qoşulur. Bəs maraqlıdır, ötürülən informasiya nə dərəcədə mənimsənilir? Belə tədris metodunun hansı üstünlükləri və çatışmazlıqları var? Əməkdaşımız Nazənin Zamanın mövzuyla bağlı süjeti var, izləyək.

Hər nə qədər yeni metodla razılaşmayanlar olsa da, ənənəvi tədris formasının rəqəmsallaşması artıq zamanın tələbinə çevrilib. Psixoloqlar distant təhsili xüsusilə, işgüzar valideynlər üçün fürsət kimi qiymətləndirir, onlayn təhsilin müsbət tərəflərinin kifayət qədər olduğunu iddia edirlər.

Distant təhsilin bir çox üstünlükləri olduğu kimi müəyyən çatışmazlıqları da var.

Şagirdlər məktəbdə vaxt keçirən zaman nəinki psixoloji, fizioloji baxımdan da daha aktiv olurlar. Əfsuslar olsun ki, mövcud vəziyyətlə əlaqədar yaranan passivləşmə məktəblilərin səhhətində müəyyən fəsadlara yol aça bilər.

Hazırki vəziyyətdə geriləməmək üçün dərslərə davamiyyət diqqət olunası vacib məqamlardandır. Elə bu nöqteyi nəzərdən indi evdə bir növ müəllim funksiyanı yerinə yetirən valideynlərin də üzərinə əlavə məsuliyyət düşür.