• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1220
— 23.09.2020 19:44

"Neft insanların rifahın yaxşılaşmasına xidmət edir"

KepezTV Player

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar. Qəsəbədəki Şah Səfi karvansarayı, Hacı Şəhla Məscidi və Şakir ağa türbəsinin bərpası, XIV əsrdə inşa olunan Ovdan, “Qum hamamı” kimi tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Dövlət başçısı və birinci xanım əncir dərib, göyərçinlərə tamaşa ediblər. Sonra Prezident və birinci xanım Balaxanı sakinləri ilə görüşüblər.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Mən dəfələrlə demişəm, hələ Prezident kimi fəaliyyətə başlayanda ilk aylarda bunu demişdim ki, “qara qızılı” insan kapitalına çevirməliyik. Bax, budur, “qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik. Deyə bilərəm ki, bu gün biz neftlə zəngin ölkələr sırasında bu siyasətə görə dünya miqyasında qabaqcıl yerlərdəyik. Aparıcı beynəlxalq maliyyə qurumları da qeyd edirlər ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Neftlə zəngin olan ölkələrdə bəzi hallarda işsizlik baş alıb gedir. Səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir. Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzidir. Dünyada neft hasilatı buradan başlayıb. İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir.