• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 23.09.2020 19:24

Qətl törədən şəxsin işi məhkəməyə göndərildi

KepezTV Player

Bakıda qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib. Hadisə martın 12-də paytaxtın Nəsimi rayon ərazisində yerləşən “Qalaltı” kafesində qeydə alınıb. Gədəbəy rayon sakini, 31 yaşlı Gəncağa İbrahimov kafedə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 36 yaşlı Natiq Ələkbərov saxlanılıb, bıçaq istintaqa təhvil verilib. Ələkbərov barəsində başlanan cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.