• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1785
— 23.09.2020 16:04

Peyvəndin vurulması ilə bağlı strategiya

KepezTV Player

Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir. Peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır. ilkin mərhələdə əhalinin 20 faizinə vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, hazırda Azərbaycan həm iki tərəfli, həm də çox tərəfli danışıqlar aparılır. Dünyada 9 şirkət peyvənd hazırlığının 3-cü mərhələsindədir. Həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa Azərbaycan vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq. Vaksinlərin alınması üçün vəsait Koronavirusla Mübarizəyə Dəstək Fondundan ayrılacaq.