• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2393
— 23.09.2020 15:58

"Rusiya münaqişənin həllində səylərini əsirgəmir"

KepezTV Player

Rusiya ATƏT-nin Minsk qrupunun həmsədri kimi Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir. Bu barədə qonu ölkədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Sergey Lavrov bildirib ki, Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır.