• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1525
— 23.09.2020 12:16

Yolların yenidən qurulması yekunlaşır

KepezTV Player

Tovuzda 1 şəhər və 4 kəndi əhatə edən ümumi uzunluğu 36 km olan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Uzunluğu 17 km olan Əyyublu kəndinin, 4.4 km uzunluğunda Aran kəndinin, 7.6 km-lik Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin, həmçinin uzunluğu 5 km olan Aşağı Quşçu və 2 km olan Koxanəbi kəndlirinin avtomobil yolları IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Nəticədə 30 mindən çox əhalinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı asanlaşacaq.