• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1144
— 22.09.2020 16:13

Zəruri qaydalara əməl olunmalıdır

KepezTV Player

Pandemiya dövründə fəaliyyət göstərən mehmanxanalarda COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə xidmətlərin təşkili zamanı bir sıra zəruri qaydalara əməl olunmalıdır. AQTA-dan verilən məlumata görə, insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə təsirini nəzərə alaraq, müştərilər arasında növbəlilik sisteminin qurulması və digər qabaqlayıcı tədbirlər kimi, mehmanxanaların əhatə etdiyi ərazidə dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir. Qonaqların və işçi heyətin daxil ola biləcəyi bütün məkanlarda maskası olmayan şəxslərə əlavə maskalar, digər gigiyena vasitələri təqdim olunmalıdır. Profilaktik tədbirlər çərçivəsində mehmanxanaların bütün ərazisində səthlərin xüsusiyyətinə uyğun olaraq, dezinfeksiya vasitələri ilə təmizləmə işləri həyata keçirilməlidir.Mehmanxanaların ictimai iaşə zonalarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmalıdır.