• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2090
— 22.09.2020 12:17

100-dən çox şəxsdə koronavirus aşkarlanıb

KepezTV Player

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində koronavirusla bağlı vəziyyətə dair məlumat yayıb. Dərs ili başlayandan 100-dən çox şəxsdə koronavirus aşkarlanıb.

Respublika üzrə ümumi təhsil müəssisələrində ümumilikdə ibtidai təhsil səviyyəsi üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Yeni tədris ilindən etibarən məktəblərə gələn işçi sayı 65 460 nəfər olub. Dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimiin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur. Bakıda müəllim və şagirdlərdə koronavirus aşkar edildiyindən 4 sinifdə təhsil distant formada təşkil edilib. Məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınan yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.