• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2105
— 21.09.2020 19:58

Breketli təbəssüm

KepezTV Player

Diş anomaliyaları hazırda çənə-üz xəstəlikləri arasında birinci yeri tutur. Yaşanan problemi kimi uşaqlıqda süni qidalardan istifadə, kimi ekologiya, kimi isə düzgün qidalanma vərdişinin olmaması ilə əlaqəndirir. İzahı hər nə olursa-olsun diş əyrilikləri bu gün də artan problemlər sırasındadır. Görəsən, niyə? Sözügedən vəziyyətdə effektiv müalicə metodu həqiqətənmi breketlərdir?

Diş telləri və ya sadəcə breket. İndi ideal diş quruluşuna sahib olmaq istəyən əksər gənclər onlardan istifadə edir. Bəli, gənclər. Səbəbli və ya səbəbsiz fakt odur ki, orta yaşlı insanlar sözügedən müalicə metodundan yan keçir. Digəl ki, əbəs yerə..

Müalicə müddəti pasiyentin yaşı və əyriliyin dərəcəsinə görə dəyişsə də, əksərən 2-ci aydan sonra fərq gözlə görünəcək səviyyədə olur. Ənənəvi dəmir breketləri kompleks edib, seçimi şəffaf diş tellərindən yana edənlər isə arzuolunan nəticəyə daha gec nail olurlar. Bax elə bu zaman qiymət cəhətdən də fərqlər yaranır.

Düzgün olmayan diş quruluşu zamanla nəfəsalmada çətinliklər yarada, özünü damaq xəstəlikləri kimi bir sıra fəsadlarla büruzə verə bilər. Eləcə də breketlər. Əgər yaxşı təmizlənməzsə, yeməklərin, bakteriyaların toplanacağı əlverişli yer kimi çürümələrə səbəb ola bilər.