• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 944
— 21.09.2020 03:55

Qızıl qalxıb at belinə

KepezTV Player

Koronavirus pandemiyasının mənfi təsirlərini insanlar hər ötən gün həm də maddi baxımdan yaşamaqdadırlar. Ələxsus da torların, şənliklərin qadan edilməsi fonunda qızıl alverində yaşanan durğunluq belə deməyə əsas yaradır. Amma alıcılıq qüvvəsinin aşağı düşməsinin əksinə olaraq qızılın qiymətində kəskin bahalaşma müşahidə edilməkdədir. Bunun səbəblərini əməkdaşımız Elnur Vahidoğlu araşdırıb.

Niyaməddin Abutalıbov - alıcı: Qiymətləri təzə danışdırıram. Ancaq olduqca bahadır. Qiymət də qane etmir.

Kifayət İbrahimova - alıcı: Qızıl dəsti almaq istəyirəm 800 manata deyir. Biz onu necə alaq. Biz ona əvvəllər birliyant alırdıq. Amma indi almağa çox çətinlik çəkirik. Qiymətlər bizi qane etmir.

Düzdür satış yerlərində hər zövqə uyğun müxtəlif əyyarlı qızıl-zinyət əşyakarına rast gəlinsə də bu özünü alıcılıq baxımından göstərmir. Düzdür, pandemiya ilə əlaqədar tətbiq edilən yumşaldılma tədbirlərindən sonra bazarda cuzi də olsa canlanma müşahidə edilsə də qiymətlərin artımı fonunda bu real nəticə vermir. Alıcıları yalnız baxıb qiymət öyrəndiyi qızıllar satıcıların gəlir əldə etməsinə köməkçi olmur.

Kənan Qasımov - satıcı: Rus qızılın 583 əyyarlının qramını alırıq 60 manata, satırıq 65 manata. 585 əyyarlı Türk qızılı isə 80 manata alışdı, 85 manata isə satırıq. Sərhəd bağlıdır hazırda qızıllarmız gəlmir ona görə də qızılın qiyməti bu gün qalxıbdır. Bizə də qızıl gəlmədiyi üçün qymətlər qalxıbdır. Koronavirusun olması təsir etdi. Sərhədlər bağlandı, qızıl ala bilmədik, xaricdən bizim qızıllar gəlmədi. 750, 583 əyyarlı qızılların qiyməti yuxarıdır.

Nuran Əsədov - satıcı: Birliyantın ümumi dəstlərində 150-200 manat qalxıb. İtaliya dəstlərində də 10 manat fərq edir. Birliyant nişan üzüklərində 50-60 manat fərq edir. Səbəb odur ki, sərhədlər bağlıdır. Qızıl gəlmədiyinə görə qiymət artımı davam edir.

Qızılın qiyməti ilə bərabər ikinci əl gümüşün qiymətində də artım müşahidə olunub. Əvvəllər qramı 3 manata alıcılar təklif olunan gümüşün qiyməti hazırda 5 manata satılır.

Orxan Məmmədov - satıcı: Ən çox yerli mallar bir də İtaliyadan gələn malların qiyməti qalxıb. Xammal gəlmədiyinə görə yerli mallar da qalxıb. Azərbaycana mal gəlmir, yerində qalxıb, işçilik haqqı qalxıbdır.

Gəncədə qızıl bazarında vəziyyətin bu cür olmasına ekspertlərin də proqnozu müsbət bir şey vəd etmir. Onların fikrincə ilin sonuna kimi müsbətə doğru dəyişiklik gözləmək yersizdir.

Məsim Abadov - müstəqil ekspert: Qızılın qiymətinin qalxması labüddür. Xüsusən də dünya bazarında neftin və digər iqtisadiyyatda həll edici rol olan əmtələrin qiymətinin düşməsi qızılın qiymətinin qalxmasına stimul yaradır. İlin sonuna kimi qızılın qiyməti indiki dəyərindən 100-150 dollar da bahalaşması praqnozlaşdırılır. Ekspertlərin rəyinə görə 2200 dollar civarına qədər bir ünsya qızılın qiymətinin qalxması gözlənilir.

Ancaq gələn ildən iqtisadiyyatın inkişaf tempindən asılı olaraq qızılın qiymətində müəyyən qədərdə də olsa dəyişiklər baş verə bilər. Lakin qiymətin kəskin aşağı düşməsi gözlənilmir.

Elnur Vahidoğlu