• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3969
— 21.09.2020 20:14

AQTA Tovuzda yoxlama keçirdi

KepezTV Player

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirir. Növbəti yoxlamalar Tovuz rayonunda reallaşıb. Çəkiliş qrupumuzun da iştirak etdiyi reyd zamanı nələrə diqqət yetirilib, hansı tövsiyyələr verilib, bu barədə növbəti videomatarialda.

Qida Təhülkəsizliyi Agnetliyinin Tovuz Regional bölməsi tərəfindən bu dəfə yoxlamalar əsasən ictimai iaşə obyektlərində aparıb. Obyekt sahiblərinə və işçilərə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.  İctimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərinin davam etdiriləcəyi vurğulanıb. Metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri isə cəzasız qalmır.

Elvin Feyzizadə - sektor müdiri: İçtimai iaşə obyektlərinə daxil olan vətəndaşların temperaturlarının ölçülməsinə, müəssisənin dezinfeksiya edici vasitələrlə təmin edilməsinə, müxştərilərin qəbulu zamanı sıxlıq noramlarına riayət eidlməsinə nəzarət edilir. Qəbul edilmiş qərarlara və qaydalara əməl etməyən sahibkarlar barəsində müvafiq nəzarət tədbirləri nəzərdə tutulur.

Qida Təhlükəsizliyi Agentiliyinin Tovuz Regional bölməsinin əməkdaşları Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarında da analoji reydlər aparır.

 

Natiq Hüseyn