Bir neçə müddətdir müəmmalı yanğınların baş verdiyi Şəmkirin Zəyəm Cırdaxan kəndində ötən gün yenə yanğın baş verib. Səhər saat 11 radələrinə təsadüf edən hadisə bu dəfə kənd sakini Hüseyn Əsədovun fərdi yaşayış evində qeydə alınıb. Alov ətrafdakıların köməkliyi ilə tez bir zamanda söndürülüb. Buna baxmayaraq ümumi sahəsi 24 kvadratmetr olan evdə yataq dəsti və bir ədəd televizor yararsız hala düşüb. Bu Zəyəm Cırdaxanda son günlər qeydə alınan sayca 10-cu yanğın hadisəsidir. Avqustun 30-dan qeydə alınan müəmmalı yanğın hadisələri qısa fasilələrlə davam etməkdədir. Naməlum şəxs və ya şəxslər fərdi yaşayış evlərinə və həyanyanı sahələrə yığılan ot bağlamalrına od vuraraq sakinlərə ziyan vururlar. Hələlik yanğının kim tərəfindən və hansı səbəbdən baş veridyi məlum deyil. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə intensiv əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Natiq Hüseyn
- Baxış: 1083