• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3897
— 20.09.2020 20:36

Düzgün seçim ixtisaslı kadr deməkdir

KepezTV Player

Bu il buraxılış və qəbul imtahanları kimi abituriyentlərin ixtisas seçimi prosesi də fərqliliklərlə yadda qaldı. Yaşanan pandemiya dövründə tələbə adını qazanmaq uğrunda gedən mübarizə universitetlərə qəbul olunmaq arzusunda olanların hansı sahə üzrə kadr olaraq formalaşmasını dəqiqləşdirir. Yeniliklərlə yadda qalan ixtisas seçimini son günə saxlayanlar və qərb regionunda prosesin necə təşkil edildiyindən qarşıdakı sujetdə tanış olacaqsınız. Amma əvvəlcə bir məlumatı diqqətinizə çatdıraq: Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı 21 sentyabr səhər saat 10:00-dək uzadılıb. Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Seçimin düzgün olması olduqca vacibdir. Onun birbaşa gələcəyə təsir etdiyini nəzərə alsaq daha diqqətli olmaq tələb edilir. Çünki hər hansı peşəyə yiyələnmək üçün atılan ilk addım olan ixtisas seçimi məqsədləri müəyyənləşdirməkdə olduqca vacibdir. Hər bir gənc ixtisas daşyıcısı olacağına, öz potensiallarını seçdikləri istiqamətdə çıxara biləcəklərinə əmin olaraq addım atmalıdır. Hər bir abituriyentin içindəki potensialını yalnız özü görə bilir. Hətta valideynlərin belə övladlarının potensialını dərindən görüb, dərk etməsi mümkün deyil. Odur ki, seçim abituriyentin istəyinə uyğun olmalıdır.

Universitetini və ixtisasını dəqiqləşdirən abituriyentlərin bu ilki ixtisas seçimini yeniliklərlə edə bilib. Müsabiqə şətrlərində olan dəyişiklik, bəzi ixtisasların ləğv edilməsi və yenilərinin əlavə olunması sırasında diqqət çəkən əsas məqam abituriyentlərə təsdiqləmədən sonra seçimlərinə düzəliş etmə imkanının verilməsidir. Eləcə də abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılan Məsləhət mərkəzləri tərəfindən DİM-in regional bölmələrinin əhatə etdiyi şəhər və rayonlarda yerində, səyyar xidmətlər göstərilib.

Həmişə olduğu kimi bu il də III qrupda müsabiqə şərtləri yüksək olub. Bu qrup üzrə 21 mindən çox abituriyent imtahanda iştirak edib. Plan yeri isə 12 286-dır. Müsabiqəyə buraxılanların və 200-dən çox bal toplayanların sayı isə 15 368 nəfərdir. Bu o deməkdir ki, 3 082 abituriyent istənilən halda kənarda qalacaq. III qrupda kifayət qədər yüksək nəticə göstərildiyindən keçid balı aşağı salınmayıb.

İxtisas seçimi üzrə nəticələr 1 gün ərzində elan olunacaq və kimin tələbə adını qazandığı rəsmiləşəcək.