• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1750
— 19.09.2020 20:32

Gülü əlində qalanlar

KepezTV Player

Koronavirus pandemiyası əksər sahələrə təsirsiz ötüşmədi və nəticədə bir çox hadisələr fərqli cərəyan etməli oldu. Mart ayından ənənəvi toy şənliklərinə qoyulan qadağa məhz belələrindən idi. Sözügedən məsələ nəinki vətəndaşların, sahibkarların da yaralı yerinə çevrilib. O cümlədən, toy biznesinin əsas hissəsini təşkil edən gül satışı ilə məşğul olanların da...

Nail Verdiyev sahibkar:Ümumiyyətlə, hamı bilir ki, toy biznesi Azərbaycanda əsas biznes sahələrindən biridir. Toy olmasa, hər şey çökər. Gəncə şəhərində 35 ədəd gül mağazası varsa, onlardan təxminən 20-nin bağlanmaq təhlükəsi var.

Əfqan Zeynalov satıcı:Satış 30-40%-dir. Bilirsiniz ki, gül bizim respublikada daha çox toylarda istifadə olunur. Toy yoxdursa, demək olar ki, bizim bazar sıfra bərabər olur, satış olmur. İndi ancaq gündəlik ad günləri üçün alınır.

Hazırda daha çox doğum günlərində edilən buket sifarişləri digər əlamətdar tarixlərdə də arzuolunandır. Amma digəl ki, həmin günlərdə də əvvəlki canlanma müşahidə olunmur.

Nail Verdiyev sahibkar:15 sentyabrla bağlı müraciətlər olmuşdu. Ayın 10-u, 11-dən sifarişlər var idi. Sadəcə qərar çıxandan sonra, ayın 13-dən bütün sifarişlər geri qaytarıldı. Hətta ayın 15-də yenidən gəlib gül buketi alanlar oldu. Amma onlar da məktəbə icazə olmadığı üçün geri qaytardılar.

Karantinlə bağlı alıcılıq qabiliyyətinin aşağı düşməsi qiymət amilinə də təsirsiz ötüşməyib.

Əfqan Zeynalov satıcı:Məsələn, qızılgülün bir ədədi əvvəllər 5 manat idisə, indi 2,50 və ya 3 manat olub. çobanyastığının dəstəsini qabaq 3-4 manata indi isə 2 manata satırıq. Buket şəklində yığılanda da əvvəl 5-7 qızılgül 30-35 manata idisə, indi 20 manatdır. Baxmayaraq ki, qiymətlər aşağıdır, alıcı qabiliyyəti də yenə aşağıdır.

Nail Verdiyev sahibkar:Güllər xüsusi təsərrüfatda yerləşdirilir. Təsərrüfat sahibləri ona çəkdiyi əziyyətə görə qiyməti stabil saxlamaq məcburiyyətindədir. Sadəcə mağaza sahiblərinə təsiri olub. biz məsəlçün qabaq gülü 30% qazancla satırdıqsa, indi məcbur 10% qazancla satmalıyıq ki, karantin dövrü biətənədək mağazanı ayaqda saxlaya bilək.

Görünən odur ki, hazırda bu sahədə fəaliyyət göstərən sahibkarların gözləməkdən başqa heç bir çıxış yolu yoxdur. Mağaza sahibləri təlabatı nəzərə alıb, tədarük görsələr, dəyən zərərin miqdarını qismən azalda bilərlər.