• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 847
— 19.09.2020 20:28

Açıq səma altında sərgi

KepezTV Player

Gəncədə 21 sentyabr Beynəlxalq Sülh Günü Münasibəti ilə açıq səma altında rəsm sərgisi keçirilib. Sərgi “Gəncəçay” park-bulvar kompleksində təşkil edilib. Gəncə şəhər Gənclər İdman Baş  idarəsi ilə  Gənclər Evinin birgə təşkil etdiyi və Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin  tərəfdaşlığı ilə keçirilən sərgidə 22 gənc iştirak edib. Burada gənclər sülhlə bağlı sərbəst şəkildə nə görürsə, nə düşünürsə onları kağız üzərinə köçürüblər. Çəkdikləri hər bir rəsmin də sülhlə bağlı mənasını göstərməyə çalışıblar. 3 saat davam edən sərgidə çəkilən rəsmlər münsiflər heyyəti tərəfindən qiymətləndirilib.

Nərgiz Əsgərova rəssam:Uşaq Gənclər İnkişaf Mərkəzində oxuyuram. 21 sentyabr Beynəlxalq Sülh Günü Münasibəti ilə yığışmışıq. Buna görədə rəsm çəkirəm. Sülh mövzusuna aid çəkirəm. Bütün dünyanı sülhə çağırıram.

Mehriban Quliyeva rəssam:Mənim ideyam budur. Sülh ilə bir yerdə olaq. Bir yerdə ələlə tutmaq o deməkdir ki, sülh ilə yaşıyaq.

Həmid Nəsirov Gənclər və İdman Baş İdarəsinin rəisi:Rəsm müsabiqəsinin əsas məqsədi istedadlı gənclərin üzə çıxarılması və gələcəkdə onları daha da yaxşı işlərə cəlb olunmasıdır.

Amil Qurbanov Gəncə Gənclər Evinin direktoru:Elan veriləndə vurğulanıbdı ki, mənalı şəkillər olmalıdır. Çünki bu şəkillər qalacaq və biz rəssamlarımız adından Gənclər evində sərgisinin keçirilməsini nəzərdə tuturuq.