• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1139
— 19.09.2020 17:21

148 yeni yoluxma faktı qeydə alınıb

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 042 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib, aktiv xəstə sayı 1 867 nəfərdir.