• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1350
— 18.09.2020 19:59

“Kəpəz”in hədəfi

KepezTV Player

“Kəpəz” futbolumuzun elita yarışı - Premyer Liqanı tərk etdikdən sonra ardıcıl 3-cü mövsüm I Divizionda mübarizə aparacaq. Qarşıdakı çempionatda komandadan uğurlu çıxış və bunun da nəticəsi olaraq medalçılar arasında yer almaq gözlənilir. Elə klub rəhbərliyinin də istəyi məhz budur.

“Kəpəz”in bir hədəfi çempionatı yuxarı pillələrdə başa vurmaqdıqdırsa, digər məqsədi Gəncə kənarında çıxış edən futbolçuları doğma klubuna qaytarmaqdır.

Klub rəhbərliyi çempionatda ümidləri doğrultması üçün komandaya uyğun şəraitin yaradıldığını da bildirib.

Komandalar təlim-məşq toplanışına başlasa da, çempionatın startı ilə bağlı dəqiq informasiya yoxdur. Aşağı dəstədə mübarizənin gələn ayın əvvəlində başlayacağı güman olunur.

“Kəpəz” təlim-məşq toplanışı dövründə yoxlama oyunları da keçirəcək. “Sarı-göylər”in ilk rəqibi aşağı dəstənin digər klubu “Turan Tovuz” olacaq. Bu rəqiblə oyun sentyabrın 19-na Gəncə stadionuna təyin olunub.