• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4169
— 18.09.2020 20:04

Ömür uzadan arı məhsulları

KepezTV Player

Güləm, vərəmum, arı südü, arı zəhəri. Bütün bunlar arının baldan başqa istehsal etdiyi məhsullardır. Gədəbəydə balla birlikdə istehsal edilən bu qidalara da maraq az deyil.

Dağ rayonunun Dəyirmandağ kəndində 34 ildir ki arıçılıqla məşğul olan Rafiq Nağıyev hər il arılardan müxtəlif məhsullar alaraq həm özü yararlanır, həm də satır. Müalicəvi əhəmiyyəti olan bu arı ifrazatlarından bir sıra xəstəliklərdən qurtulmaqda geniş istifadə olunur. Onlar içərisində ən faydalısı arı südüdür.

Rafiq Nağıyev - Gədəbəy Arıçılar Assosiasiyasının sədri, arıçı:  Bunu qəbul edən arıçı yaxud da digər şəxs infakt riskindən, insultdan digər xroniki xəstəlikdən uzaq olur. Qədim mənbələrdə buna həm də həyat ileksiri deyirlər. İnsanı cavanlaşdırır. Özüm də görürsüz ki qəbul edirəm. Bu cavanlığın rəhnidir. İnsanın uzunömürlü olmasına ən çox təsir edən faktorlardan biridir.

Güləm, vərəmum, arı südü və arı zəhərinə sadə insanlardan daha çox idmançılar maraq göstərir.

Rafiq Nağıyev - Gədəbəy Arıçılar Assosiasiyasının sədri, arıçı: İdmançılar mənə çox müraciət edirlər. Çünki bu məhsullar orqanizm tərəfindən çevik olaraq tez sorulur. Çünki idmançı da çevik hərəkət etməlidir. Ona görə respublikanın bir sıra başqa yerlərindən idmançılar xüsusilə arı südü, arı zəhəri və güləmə görə müraciət edirlər.

Arı məhsullarının qiymətləri isə fərqlidir. Ən çox tələbatın olduğu arı südünün 10 qramı 5 manat, güləminin 100 qramı 5-7 manat arası, vərəmumun 50 qramı isə 8-10 arasında alıcıya təklif edilir. Gədəbəydə ümumilikdə 816 arıçı 10747 arı ailəsi saxlayır. Bu il həmin təsərrüfatlarda 80 tondan çox bal istehsal olunub.