• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4118
— 18.09.2020 19:57

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi

KepezTV Player

Bu gün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsinə start verilib. Hazırkı yerləşdirmə mərhələsinə ümumilikdə 4525 vakant yer çıxarılıb. Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər 20 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.