• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4058
— 18.09.2020 16:15

Sərt karantindən sonra dişlərimiz

KepezTV Player

Pandemiya dövründə ikinci plana atılan məsələlərdən biri də dişlərə ayrılan diqqət oldu desək, yanılmarıq. Sərt karanin dövründə səhiyyə ocaqları fəaliyyət göstərsə belə insanların əksəriyyəti həkimə üz tutmaqdan çəkinirdilər. Virusa tutulma təhlükəsi və digər amillərdən dolayı. Bu isə öz növbəsində diş və diş əti xəstəliklərdən əziyyət çəkənlərin sayına ciddi təsir etdi.

Kəmalə Sultanova - stomatoloq: Dişlərin ən birinci düşməni karbohidratlardır. Pandemiya dövründə karbohidrat mənbəyi olan şirniyyatlardan istifadə çoxaldı, amma bundan uzaq durmaq lazımdır. Ən azından onları qəbul etdikdən sonra yerkökü yemək və ya dişləri fırçalamaq tövsiyə olunur. Karbohidratlar qalıb, dişlərdə karies yarada bilər.

Əfsuslar olsun ki, bu gün bir çox insan dişləri düzgün təmizləmə qaydasının nə olduğunu belə bilmir. Sağlam və bəyaz dişlərə sahib olmaq üçün onları səhər və axşam fırçalayır, amma elə də böyük effekt görmür.

İlkin Əhmədli - stomatoloq: Diş fırçası hər bir dişə 8-10 dəfə dəyməlidir. Pasiyentlər əsasən ön dişləri daha yaxşı fırçlayırlar. Onların şikayəti fırçalanma zamanı yaranan qanama ilə bağlı olur. Fırçanın sərtliyini düzgün seçə bilmirlər.

Pasiyentlərin şikayətçi olduğu digər məqam isə dişlərin rəngi ilə bağlıdır.

İlkin Əhmədli - stomatoloq: Dişləri bəyazlatmaq üçün çay sodasından istifadə düzgün metod deyil.

Stomatoloqlar tövsiyə edir ki, şikayət olmasa belə 6 aydan bir həkim müayinəsindən keçmək mütləqdir. Ən azından sağlam diş əti və möhkəm dişlərə sahib olmaq üçün.