• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1024
— 18.09.2020 16:23

Pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürülür

KepezTV Player

Yaşa görə pensiya alanların əlilliyə görə pensiyaya keçidində yaranan məhdudiyyətlər aradan qaldırılır. Bu məsələ “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs başqa bir pensiya və ya müavinət hüququ yarandıqda bu hüququndan istifadə edə biləcək. Şəxs özünün pensiya haqqından imtina edərək başqa bir pensiya və ya sosial müavinət növünü seçərsə, bu zaman onun payına düşən məbləğ digər ailə üzvləri arasında bölüşdürüləcək. Layihə qəbul olunduğu təqdirdə işləyən pensiyaçılar işdən ayrıldıqları zaman nazirlik tərəfindən onların pensiyasının avtomatik qaydada yenidən hesablanması həyata keçiriləcək. İşçinin pensiyaya çıxdıqdan sonra işlədiyi dövr üçün də topladığı pensiya kapıtalı nəzərə alınacaq və bu məbləğ yenidən hesablanaraq pensiyanın üzərinə avtomatik qaydada əlavə olunacaq. Bunun üçün şəxsin müvafiq sənədlər təqdim etməsinə ehtiyac qalmayacaq. Yenidən hesablama proaktiv qaydada həyata keçiriləcək. Pensiyanın nə qədər artması və nə zamandan ödənilməyə başlanılacağı barədə məlumat vətəndaşın mobil telefonuna və ya ünvanına göndəriləcək".