• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1487
— 18.09.2020 18:39

Şəmkirdə sahibsiz itlərdən gələn təhlükə

KepezTV Player

Şəmkirin Zəyəm qəsəbəsində kommunal sahədə mövcud olan problemlər bir yana, sahibsiz itlərin çoxluğu sakinləri təngə gətirib. Vəziyyət o həddə çatıb ki, valideynlər uşaqları məktəbə tək yola slamağa ehtiyyat edirlər. Bəs cavabdeh şəxslər Zəyəmliləri qorxuya salan probelmin həlli ilə bağlı nə düşünür. Əməkdaşımız Natiq Hüseyn qəsəbədə yaşanan mənzərəyə şahidlik edib.

Zəyəm qəsəbə sakini Tofiq Məhərrəmov ömrünün 40 ilini müəllim işləyib təqaüdə çıxsa da bu gün də şagirdlərlə birlikdə məktəbə gedib-gəlir. Səbəb yaşadığı ərazidə küçə itlərinin sayının çoxluğudur. Sahibsiz itlər bir neçə dəfə onun özünə də hucum edib.

Tofiq Məhərrəmov – sakin: İki dəfə itlərin hucmuna məruz qalmışam. Cavan uşaqların köməkliyi ilə xilas oldum. İtlər acdılar onlar axşam olanda kəndlərə soxulurlar. Toyuq-cücə qoymurlar, əllərinə keçəni yeyirlər. Axı belə olmaz.

Sahibsiz itlər hər gün məktəbə gedib-gələn balacaları da qorxudur.

Eldəniz Vəliyev – şagird: İtlər arada bizi teyləyir. Biz də ona görə qorxub qaçırıq.

Fəzail Məmmədov – şagird: Teylədiyini görümüşəm. Məni də teyləyib. Məktəbə gələndə-gedəndə it məni teyləyib.

Vəziyyət o həddə çatıb valideynlər övladlarını nəinki küçəyə, heç evlərinin həyətinə də buraxmağa ehtiyat edirlər.

Dilbər Aslanova – sakin: İnanırsanmı, qapıda uşaq hərəkət edə bilmir. And olsuna Allaha itlər küçə ilə qoşunla gedib gəlirlər. Eləcə də uşağı qoruyuruq. Məktəblər indi açılıb. Uşaqları məktəbə aparıb yoldan ötürürük. Sahibsiz itlər harada var, gətirib buralara azdırırlar. Toyuq-cücə də qalmayıb. 

Çimnaz Heydərova – sakin: Bizim qapıda sahibsiz itlər doludu. Evdə xəstə uşağım var, çölə çıxara bilmirəm. Qorxuram uşaq dilsiz ağızsızdı.

Zəyəm qəsəbə bələdiyyəsinin sədri Süleyamn Tağıyevdə sahibsiz itlərin sığınacağa yerləşdirilməsi istiqamətində işlərin aparıldığını bildirib.

Süleyman Tağıyev - Zəyəm qəsəbə bələdiyyəsinin sədri: Biz onunla bağlı yer ayırmışıq. Bələdiyyədən əlavə könüllü qrup yaratmışıq. Oranı çəpərləyəndən sonra sahibsiz itləri ora cəlb edəcəyik. Heç bir problem olası deyil.

Ancaq bələdiyyə sədri sığınacağın nə zaman hazır olacağını dəqiq bilmir. Məkan hazır olana qədər itlərin sakinlərə ziyan yetirməyəcəyinə isə zəmanət vermək olmur.

 

Natiq Hüseyn