• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 18.09.2020 11:53

Koronavirusu məğlub etməyin üsulu

KepezTV Player

Kaliforniya Universitetinin alimləri infeksiyanın bədənə daxil olmasına imkan verən molekullara təsir edərək koronavirusu məğlub etməyin təsirli üsulunu kəşf ediblər. Alimlər koronavirusun heparansulfat molekulu olmadan hüceyrələrə yoluxa bilməyəcəyini aşkarlayıblar. Molekullar ağciyər hüceyrələrinin səthində yerləşir və virusun bədənə daxil olduğu reseptor rolunu oynayır. Alimlər heparansulfatın hüceyrədən çıxarılması halında koronavirusun bədənə daxil olma qabiliyyətinin 80-90% azalacağını qənaətinə gəliblər. Mütəxəssislər güman edirlər ki, kəşf COVID-19-dan yeni effektiv dərmanlar yaratmağa kömək edəcək.