• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3107
— 18.09.2020 12:02

Bazar karantinə bağlanıb

KepezTV Player

Şəki şəhərində mütəmadi profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir, Yevlax və Ağdaş əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də son günlərdə 12 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. Bazar müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bu gündən etibarən Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq 3 günlük karantinə bağlanıb. Bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb. Müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcək. Virusa yoluxan şəxslər müalicə olunur, onlarla yaxın təmasda olanlar isə evdə təcrid ediliblər.