• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1973
— 18.09.2020 12:01

Bayramovun məktubu sənəd kimi dərc olunub

KepezTV Player

Xarici İşlər naziri Ceyhun Bayramovun 31 avqustda Ermənistanın aqressiv ritorikası və Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni fəaliyyətinə dair BMT Baş katibi Antonio Quterreşə ünvanlandığı məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, məktubda Bayramov diqqəti bu ilin 12-16 iyulunda Ermənistan-Azərbaycan sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində silahlı hücum cəhdi nəticəsində siyasi və hərbi məqsədlərinə nail olmayan Ermənistanın son dərəcə təxribatçı bəyanatları və fəaliyyəti ilə təcavüzkar siyasətini davam etdirdiyinə yönəldib. Nazir BMT Baş katibini Ermənistanı aqressiv təxribatçı ritorikadan çəkindirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrini çıxarmaqla beynəlxalq hüquq öhdəliklərinə riayət etməyə məcbur eləmək üçün bütün lazımi addımları atmağa çağırır.