Bu il V qrup üzrə qəbul planı artırılıb. Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyevin sözlərinə görə, ötən il 3581 plan yeri ayrılmışdı. Bu il isə göstərici 133 yer artırılıb və plan yerlərinin sayı 3714 olub. Bəzi ixtisaslar üzrə qabiliyyət imtahanlarının ləğv edilməsi bu qrupa olan marağı artırıb.***Keçən illə müqayisədə keçid ballarında müəyyən qədər artım olacağı gözlənilir.V qrup üzrə sənəd verənlərdən 11489-u abituriyent və 2597-si subbakalavr olub. 46280 nəfər I-IV qrupla yanaşı, ərizələrində V qrupu da yazıb. Qəbul qaydalarına görə, hər bir abituriyent I və IV qrupu yazanda V qrupu da yaza bilər. Qabiliyyət tələb edən ixtisaslardan dizayn ixtisası üzrə 210 plan yerinə 1430 nəfər qeydiyyat keçib, 464 nəfər məqbul alıb. Yalnız memarlıq komissiyası üzrə imtahanlar davam edir. 1724 nəfər artıq ixtisas seçiminə buraxılıb. Bir yerə iki nəfərdən atıq müsabiqə vəziyyəti olacaq. Pandemiya ilə əlaqədar bəzi imtahanlarda dəyişiklik edilib. Bu qrupda bütün müəllimlik ixtisaslarında qabiliyyət imtahanları ləğv edilib. Məşqçilik ixtisasına qabiliyyət imtahanı tələb olunmur.
- Baxış: 273