• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 17.09.2020 12:17

"Qarabağ" ÇL ilə vidalaşdı

KepezTV Player

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin matçları çərçivəsində "Qarabağ" növbəti oyununa çıxıb. Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirilən görüşdə rəqib Norveç "Molde"si olub.

Görüş Ağdam klubunun üstünlüyü şəraitində keçib. Bunun nəticəsi olaraq “Qarabağ” rəqib qapısı önündə təhlukəli vəziyyətlər yaradıb. Meydana çıxacağı son anda dəqiqləşən Mahir Emreli və onun komanda yoldaşı Abdullah Zubir əlverişli imkandan yararlana bilməyib. Belə də qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Bu səbəbdən, hər biri 15 dəqiqədən ibarət iki hissəlik əlavə vaxt təyin olunub. Əlavə hissənin birincisində Mahir real imkanı qola çevirməməklə azərbaycanlı futbolsevərlərə növbəti dəfə təəssüf hissi yaşadıb.

Əvəzində "Molde" Donald Geryenin kobud oyunu nəticəsində 101-ci dəqiqədə penalti qazanıb. Lakin qapıçı Şahruddin Məhəmmədəliyev Etzaz Hüseynin zərbəsini dəf etməyi bacarıb.

Əlavə vaxtın ikinci bölümü də qolsuz tamamlanıb. Nəticədə penalti seriyasına müraciət olunub.

Bu bölümdə isə "Molde" daha dəqiq olub - 6:5. "Qarabağ"dan penaltini Bədavi Hüseynov dəqiq yerinə yetirə bilməyib.

Beləliklə, rəqib Çempionlar Liqasında pley-offa yüksəlib. "Qarabağ" isə çıxışını Avropa Liqasının pley-offunda davam etdirəcək.