KepezTV Player
Tovuz istiqamətindəki təxribatlar bir daha göstərdi ki, Ermənistan regionda sabitlik üçün ən böyük maneədir.<br>Bunu Türkiyə Xarici İşlər Nazirinin müavini Yavuz Selim Kıran deyib.“Bu təxribatlar daxili çarəsizliyin xaricə çıxmasıdır. Ermənistan yarandığı gündən regiona acı və qanunsuzluqdan başqa heç bir şey gətirməyib. Daxili problemlərindən diqqəti yayındırmaq üçün daim təxribatlara əl atır. Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həll edilməsi üçün daim Azərbaycanın yanındayıq”.Sitatın sonu.
- Baxış: 234