KepezTV Player
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Xəzər və Abşeron rayonları ərazilərində reydlər keçiriblər. Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən donuzçuluq fermasının yaxınlığında sənaye tullantılarının yandırılması faktı aşkar edilib. Bakı şəhər sakini N.Salmanov barəsində protokol tərtib edilərək 600 manat məbləğində cərimələnib.<br>Abşeron rayonunun Hökməli qəsəbəsində isə məişət tullantılarının qalaqlanması aşkarlanıb. Bələdiyyə sədri R.Orucov barəsində protokol tərtib edilərək 3.000 manat məbləğində cərimələnib.
- Baxış: 236