• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2280
— 16.09.2020 11:48

Qətli törədən saxlanılıb

KepezTV Player

Sentyabrın 13-də Bakının Xətai rayonunda Orxan Yusiflinin baş nahiyənə daşla zərbə vurularaq xəsarət yetirildiyi və 2 gün sonra öldüyü barədə rayon prokurorluğuna məlumat daxil olub. Hadisə yerinə və meyitə baxış keçirilib. Cinayətin Kamran Ələsgərov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət işi başlanıb. Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.