KepezTV Player
Ödənişli əsaslarla təhsil alan tələbələrə şad xəbər var. 1%-lə təhsil kreditlərinin verilməsinə başlanılacaq. Millət vəkili Əli Məsimov Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun layihəsini şərh edərkən bildirib ki, təhsil kreditləri 20 il müddətinə veriləcək. Tələbələr təhsilini bitirdikdən 2 il sonra kreditin geri ödənişinə başlayacaq. Yüksək nəticə göstərən tələbələrin kreditin ödənişindən azad olunması da gündəmdədir.
Əli Mənsimov - Milli Məclisin üzvü: Belə bir mexanizmin qurulması təhsildən uzaq düşən 7 min insanı qurtaracaq. perspektivli gənclərin təhsillə bağlı ümidləri qırılmayacaq əgər bu qanun qəbul olunarsa. Təhsil haqqını verə bilmədiyinə görə universitetdən xaric olunan tələbə qalmayacaq.
- Baxış: 207