Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu il birinci qrupda 600-dən çox bal toplayanların 611 nəfər olduğu halda, keçən il bu say 553 olub. Bu səbəbdən I qrupda yüksək maraq olan ixtissalar üzrə keçid ballarının yüksək olacağı gözlənilir. 200-dən yuxarı bal toplayan 10043 nəfər 14724 yerə iddiaçıdır. 250-260-dan yuxarı bal toplayanlar 9162 nəfər olub. I qrup üçün 9090 dövlət sifarişli yer var. 250 baldan yuxarı olan hər kəs dövlət sifarişli yerlərdə özü üçün yer tuta bilər. Qalanların şansı azdır. 5179 nəfər subbakalavr da 200 balıq ixtisas seçiminə qoşulacaq. Onlar qəbul ola bilmək üçün ilk olaraq özəl ali məktəblər və regionlarda ixtisası seçməlidirlər. 150-dən yuxarı bal toplayan 15573 nəfərdir, burada ixtisas yeri daha azdır. Subbakalavrlar da əlavə olunsa, 14724 yerə 20552 nəfər iddiaçı edir. I qrupda verilən plan yerləri 1,96% azalıb, 299 yer təşkil edir. Yeni ixtisaslar da var”.
- Baxış: 380