• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1667
— 12.09.2020 15:54

Yeddi məzun, hamısı da tələbə

KepezTV Player

Onlar rayon mərkəzindən xeyli aralıda kiçik bir kənd məktəbində təhsil alsalar da özlərindən söz etdirməyi bacaranlardır. Rayon üzrə qəbul imtahanlarında ən yüksək bal toplayan da məhz bu kənd məktəbinin yetirməsidir. Böyük uğura imza atmaqla ilkə nail olan kimlərdir, söhbət hansı məktəbdən gedir, indi biləcəksiniz.

Söhbət Şəmkirin Ağlavaşlı kənd tam orta məktəbinin məzunlarından gedir. Rayon mərkəzindən 35 kilometr aralıda yerləşən və 2000 nəfər əhalisi olan kənd bu il məzun olan şagirdləri ilə fərqlənə bilib. Belə ki, məktəbi bitirən 7 nəfərin hamısı müxtəlif ixtisas qrupları üzrə ali məktəblərə qəbul olublar. Tələbə adını qazanan bu abituriyentlər arasında rayon üzrə ən yüksək nəticəyə imza atan da var. 657 bal toplayan Nəzrin İsgəndərova həkim olmaq arzusundadır.

Nəzrin İsgəndərova məzun: 9-cu sinifdə tam olaraq həkim olmağa qərar verdim. Şükürlər olsun bu istəyimə uyğun artıqlamsı ilə bal topladım. 600 balı keçməyi hədəfləmişdim. Bunu da artıqlamaıs ilə etdim.

İkinci ixtisas qrupu üzrə imtahanlarda iştirak edən Ağlavaşlı məktəbin məzunu Musa Rəhimli isə uşaqlıqdan iqtisadçı olmaq istəyib. O bu arzusunu imtahanlarda 595 bal toplamaqla reallaşdırıb.

Musa Rəhimli məzun: Daim hədəfimə çatmaq üçün çalışdım. Sonra ikinci qrupu seçdim. İqtisadçı olmaq arzum idi. Bu sahədə fərqlənmək istəyirdim.

Ağlavaşlı kənd tam orta məktəbi hər il uğurları ilə seçilir. Müasir tələblərə cavab verən məktəbdə təhsil alanların nəticəsinin ürəkaçan olması uğura nail olmağın maddi-texniki təminatlı tədrisdən keçdiyini bir daha təsdiq edir.

Maarifə Qasımova Ağlavaşlı kənd tam orta məktəbinin direktoru: Dövlətimizin bizə verdiyi hədiyyəyə cavab olaraq şagirdlərimizə yüksək səviyyədə dərs deyirik. Bu günkü məzunlardan 7 nəfər məktəbi bitirib 7-də tələbə adını qazanıb. Şagiridmizin biri 657 balla rayon birincisi olub.

Bu il Şəmkir rayonu üzrə 1000-dən çox məzun ali məktəbələrə qəbul imtahanlarında iştirak üçün sənəd verib. Onlardan 14 nəfəri 600 baldan çox toplamaqla 500 abituiryent tələbə olmağın sevincini yaşayıb.  

Natiq Hüseyn